Divizionda püşk atıldı

8 Avqust 2019 16:55 I Divizion 689
Divizionda püşk atıldı

I Divizionda 2019/2020-ci illər mövsümünün püşkü atılıb. Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edib. Yalnız "Kəpəz"in nümayəndəsi mərasimə qatılmayıb.

"Şüvəlan" fəaliyyətini dayandırdığı üçün çempionat bu mövsüm 13 komandanın iştirakı ilə keçiriləcək. Hər tur bir komanda istirahət edəcək. Birinci turda bu, "Qarabağ"a şamil olunacaq.

I tur

"Zaqatala" - "Sabah-2"

"Neftçi-2" - "Keşlə-2"

"Qaradağ Lökbatan" - Sumqayıt-2"

"Kəpəz" - MOİK

"Səbail-2" - "Turan Tovuz"

"Zirə-2" - Ağsu"

Qeyd: Yeni mövsümə avqustun 23-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM