MOİK-in yeni baş məşqçisi müəyyənləşib.
I Divizionun son çempionu sükanı Ramin Nəsibova tapşırıb.
«Bico» ləqəbli məşqçi bunadək Azər Bağırovun köməkçisi idi.
Komandaya qızıl medallar qazandırandan sonra düşərgəni tərk edən baş məşqçinin yerinə kənardan birinin yox, məhz onun sabiq yardımçısının təyin edilməsi rəhbərliyin məcburiyyətdən atdığı addımdı.
Çünki gələn mövsüm üçün nəzərdə tutulan büdcə xeyli azalıb, aparıcı futbolçular gedib, belə vəziyyətdə kimdi gəlib Rəşad Quliyevin əmrlərinə tabe olan?
SPORTİNFO.AZ

