Sportinfo.az-ın 2 gün öncə verdiyi xəbər az əvvəl rəsmi təsdiqini tapdı (http://sportinfo.az/news/64448).
Ötən mövsüm Azərbaycan I divizionunda çıxış edən "Şüvəlan" klubu fəaliyyətini dayandırdı.
Klubun bu gün keçirilən iclasında belə qərar qəbul edilib.
Qərara əsasən, paytaxt təmsilçisi bundan sonra fəaliyyət göstərməyəcək. Komandanın bütün futbolçularına azad agent statusu verilib.
"Şüvəlan" 2017-ci ilədək AZAL adını daşıyırdı. Qəsəbə təmsilçisi ötən mövsüm I divizionu 7-ci pillədə tamamlamışdı.

