AFFA “Turan-Tovuz”la bağlı...

15 İyul 2019 15:00 I Divizion 1 327
AFFA “Turan-Tovuz”la bağlı...

AFFA Tovuz rayonunda, “Turan-Tovuz”un nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar tender elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı qurum rəsmi saytı vasitəsilə yayıb.

Tenderdə iştirak etmək istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq təkliflərini AFFA-ya göndərməlidilər.

“Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderə qatıla bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini avqustun 5-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti