Azərbaycan çempionu oldu, nə mükafat, nə ziyafət verdi – ALDATDI!

28 İyun 2019 15:00 I Divizion 919
Azərbaycan çempionu oldu, nə mükafat, nə ziyafət verdi – ALDATDI!

I Divizionun çempionu olan MOİK-də qəribə hadisələr yaşanmaqdadı.

Ordu təmsilçisi son mövsümü qızıl medalla bitirsə də, klubun rəisi Rəşad Quliyev növbəti «futbol ili» üçün büdcəni iki dəfə azaltmaq barədə qərar verib.

BelədƏ baş məşqçi Azər Bağırovun ardınca bir çox futbolçu düşərgəni tərk edib.

Komandanın «yarpaq tökümü»nə məruz qalmasının bir başqa səbəbi Quliyevin çempionluq münasibətilə ziyafət təşkil etməkdən və bu münasibətlə mükafat ödəmək vədindən yayınmasıdı.

O, hətta Badamdarda yeni tikdirdiyi restoranın qapılarını futbolçuların üzünə açmayıb. Verdiyi bütün vədlərin əksinə olaraq.(Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti