"Sumqayıt"a yeni baş məşqçi təyin edildi

28 İyun 2019 11:00 I Divizion 1 040
"Sumqayıt"a yeni baş məşqçi təyin edildi

«Sumqayıt»ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.

Gənclər yığmasında Milan Obradoviçin köməkçisi təyin edilən Elbrus Məmmədovun mövsümün sonunda «kimyaçılar»la vidalaşmasından sonra boşalan posta Zaur Hidayətov gətirilib.

Bunadək klubun akademiyasında çalışan gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun qarşısına əsas komandaya bir neçə gənc futbolçu qazandırmaq vəzifəsi qoyulub (Sportinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM