Ötən yay “Kəpəz”in baş məşqçisi təyin olunan Etibar İbrahimov tutduğu postdan istefa verib.
Sportinfo.az xəbər verir ki, baş məşqçini bu addımı atmağa vadar edən səbəb “sarı-göylər”in sahibsiz qalmasıdı.
AFFA-dan maliyyələşən Gəncə təmsilçisinin rəhbərliyində kimlərin təmsil olunması son aylar dövlət sirri kimi gizli saxlanılır.
Ölkənin ən köklü klubunda vəziyyət dözülməz olduğundan, İbrahimov çıxış yolunu istefa verməkdə görüb.
Söylənilənlərə inansaq, onun boş qoyduğu post yaxın günlərdə Vidadi Rzayevə tapşırılacaq.

