AFFA yenidən "Kəpəz"ə maliyyə buraxmağa başlayır

21 İyun 2019 17:12 I Divizion 1 064
AFFA yenidən "Kəpəz"ə maliyyə buraxmağa başlayır

Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilir.

Sportinfo.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq.

Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək meydan hazır olduqdan sonra “Kəpəz” ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.

Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM