Bir qrup tovuzlu futbol azarkeşi Sportinfo.az-ın redaksiyasına müraciət edib.
Onlar AFFA-nın rayonda açmaq istədiyi futbol akademiyası ilə bağlı işlərin yubanmasından narahatdı.
«Turan Tovuz»un uzun fasilədən sonra Premyer Liqaya qayıtmasının vaxtının çatmasını düşünən fanailar klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevdən də şikayətlənib:
«AFFA-nın Tovuzda akademyia yaratmağı planlaşdırdığını eşidəndə, çox sevindik. Bu iş çoxdan görülməliydi.
Tovuzdan milli səviyyəsində futbolçular çıxıb, ancaq son illər… Divizion «Turan»ın yeri deyil, burda perpspektiv yoxdu.
Divizionda uşaq yetişmir, itib-batırlar. Şərait pisdi deyə, hamı gedir ora-bura. Keçən dəfə Elxan Məmmədov bura gəlib, bizim xəbərimiz olmayıb.
Oqtay Abdullayev azarkeş adıyla stadionda işləyənləri yığıb, baş katibə də elə təqdim edib. Biz orda olsaydıq, Elxan müəllimə həqiqəti deyərdik, ondan kömək istəyərdik.
AFFA Tovuz futbolunu qaldırmaq istəyr və bu məsələdə onlara dəstək olmağa hazırıq. Oqtay müəllim deyirdi ki, akademiya sentyabrda açılacaq.
Artıq iyunun ortasıdı, hələ daşı daş üstünə qoymayıblar. O gün saytımızda Abdullayevin açıqlamasını oxuyuruq, deyir ki, maliyyə ayrılıb.
Pul verilibsə, niyə işə başlamırlar. Akademiya qurmaq balaca iş deyil k ionu iki-üç aya hazırlayasan. Elxan müəllimə deyiləcək çox sözüüz var.
Bir də nə vaxtsa Tovuza gəlsə, xahişimiz budu ki, bizlərlə də görüşsün. Tovuz olmadan Premyer Liqanı gücləndirmək mümkün deyil.
AFFA yaxşı bir klub yaratmaq istəyirsə, Oqtay Abdullayevi «Turan»dan uzaqlaşdırmalıdılar. Ondan əvvəlki rəhbərlik «Turan»a daha çox can yandırırdı.
Abdullayevə görə nə qədər futbolçu futbolu atıb. Təzə gələndə tovuzlu futbolçulardan nə qədər maaş aldığını soryuşurmuş. Deyiblər ki, 150-200 manat.
O da cavab verib ki, nə danışırsız, futbolçu da 150-200 manat maaş alar, mən bu pula futbol oynamaram. Vəd veribmiş ki, narahat olmayın, hamınızın pulunu qaldıracam.
Üstündən bir az keçdi, o uşaqların bir çoxunu klubdan uzaqlaşdırdı, qalanlarının da pulunu aşağı saldı.
Belə rəhbər olar? Yalandan vəd verir, sonra sözünün üstündə durmur.
Heç futbolçuları da üzdən tanımır, stadionda ondan-bundan soruşur ki, o kimdi, bu kimdi. Abdullayevi burda özünü qeyri-ciddi adam kimi tanıdıb, ona inamımız qalmayıb».

