"Prezidentdən heç nə istəmirəm, mənim halal maaşımı versin"

24 Mart 2017 12:36 I Divizion 1 236
"Prezidentdən heç nə istəmirəm, mənim halal maaşımı versin"

"Doğrudu, fevralın ortasında komandadan getsəm də, hələ də maaşımı ala bilməmişəm. Bir aydan artıqdı cəhd edirəm. Görək, axırı necə olur" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in keçmiş baş məşqçisi Qəhrəman Əliyev deyib.

"Şəmkir"də işlər qətiyyən yaxşı getmir. Badri Kvaratsxeliyanın təyinatı komandanı hədəfindən bir qədər də uzaqlaşdırıb. Gürcü mütəxəssisin gəlişindən sonra əyalət təmsilçisinin uğursuz oyunları bir-birini əvəzləyir.

Elvin Səfərli isə bunun acığını Qəhrəman Əliyevdən çıxır. Klub prezidenti keçmiş baş məşqçinin 2 aylıq əməkhaqqısını ödəmək istəmir. O, hər dəfə bir bəhanə gətirərək, günü günə satır. Səfərli maddi imkanlarının zəiflədiyini bildirərək, Əliyevə "gözlə" deyir.

Bu xəbəri tirajlayandan sonra redaksiyamızla əlaqə saxlayan təcrübəli mütəxəssis aprelin ilk həftəsinədək gözləyəcəyini bildirib: "Mənə olan maaş borcu 1,5 aydı. Bəzi oyunların mükafatı da qalıb. Elvin müəllimlə bir neçə dəfə həm üzbəüz, həm də telefonla danışmışam. Deyir, imkanım yoxdu, olan kimi verəcəm.

Mən "Şəmkir"də işlədiyim 6-7 ayda onu sözünə bütöv, düzgün adam kimi tanımışam. Söz verib ki, aprelin əvvəlində borcunu ödəyəcək. Bildiyimə görə, komanda yanvar ayının pulunu yaxınlarda alıb. ondan heç nə istəmirəm, mənim halal maaşımı versin".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti