"Elxan Məmmədov bu işin üstünə çox ciddi düşüb"

11 İyun 2019 17:24 I Divizion 1 083
"Elxan Məmmədov bu işin üstünə çox ciddi düşüb"

AFFA-nın «Turan Tovuz»un nəzdində fəaliyyət göstərəcək yeni futbol akademiyası sentyabrın ilk yarısında açılacaq.

Bu barədə Sportinfo.az-a I Divizion klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, artıq smeta tutulub və qarşılılakı 3 ay mərkəzin işə başlamasına yetərlidi:

"Əvvəl planımız var idi ki, bazanı üçmərtəbəli edək. Sonra baxdıq ki, buna ehtiyac yoxdu. Yardımçı binaları bir-birinə birləşdiəcəyik.

Stadionun girişində yarımçıq tikili var, dəmir lövhələrlə əhaə olunub. Onun üstü bağlanacaq.

Ümumiyyətlə, akaemiyanın ixtiyarında 5 meydança olacaq. Biri süni, dördü təbii. AFFA-nın baş katibi ilə görüşüb danışmışam.

Ssmeta ayrılıb. Elxan Məmmədov bu işin üstünə çox ciddi düşüb. Akademiya ilə bağlı bütün məsələlərlə yaxından maraqlanır.

Stadionda və bazanın ərazisində hər şey təmir ediləcək. Böyük işçi qüvvəsi eyni vaxtda orda işə başlayacaq.

Akademiyanın açılması üçün üç ay bəsdi, vaxtımız var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti