Maliyyə problemləri ilə üzləşən "Ağdaş" fəaliyyətini bərpa etməyə hazırlaşır. 2016-cı ilin əvvəlində təsis olunan klub yenidən Həvəskarlar Liqasında qüvvəsini sınayacaq. Ağdaş rayonunun eyniadlı təmsilçisi aprelin 2-də ilk yoxlama oyununu keçirəcək. Bundan sonrası isə… Sportinfo.az xəbər verir ki, yerli yüngül sənaye müəssisəsi futbola maliyyə dəstəyini dayandırıb. İcra Hakimiyyəti də kömək etmək iqtidarında olmadığını bildirib.
Ötən mövsüm həvəskarlar liqasında yarımfinala qədər irəliləmiş komandanın vəziyyətini düzəltmək üçün PORTMANAT hesabı açılıb. "Milli ön" terminallarında 055 265 61 60 nömrəsinə daxil olaraq istədiyiniz məbləği yükləməklə komandaya maddi dəstək olmaq mümkündü (ətraflı məlumat üçün 051 886 87 86 nömrəsi ilə əlaqə saxlaya bilərsiz). Çempionat çoxdan başlasa da, "Ağdaş" komandası II mərhələdən birinciliyə qoşulacaq. Buna səbəb Aran bölgəsində həvəskar komandaların sayının azlığıdı.

