Bu gün I Divizionda XXI tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, son oyun günündə yalnız bir qarşılaşma baş tutub. “Qaradağ Lokbatan” evdə “Zaqatala”nı məğlub edib - 3:2. Digər iki matçda isə çempionatdan xaric olunan klublara texniki məğlubiyyət verilib, bundan qazanan isə "Göyəzən"lə "Səbail"di.
İkincilər turnir cədvəlində 2-ci pilləyə yüksəlsə də, bu, Elman Sultanovu sevindirməməlidi. Ötən 2 turda 1 xal toplayan komandanın bəzi futbolçuları baş məşqçidən rəhbərliyə şikayətlənib. Onlar əsasən yetərsiz məşq prosesindən və nizam-intizama ciddi nəzarət edilməməsindən gileylənib. Yönətimdə təmsil olunan şəxslər isə bildirib ki, Sultanovla yola davam etməyəcəklər, bir müddətdi başqa mütəxəssisilərlə danışıqlar aparırlar.
“Qaradağ Lökbatan” – “Zaqatala” 3:2
Rüfət Məmmədov 12-pen, 47; Mübarək Şahquliyev 63 // Vadim Abdullayev 26; Cavad Kazımov 51
“Göyəzən” – “Rəvan” +:-
“Səbail” – “Şərurspor” +:-
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Turan Tovuz | 21 | 15 | 5 | 1 | 54-8 | 50 |
| 2 | Səbail | 21 | 14 | 2 | 5 | 64-23 | 44 |
| 3 | Qaradağ Lökbatan | 21 | 14 | 1 | 6 | 50-24 | 43 |
| 4 | Zaqatala | 21 | 13 | 2 | 6 | 60-26 | 41 |
| 5 | Ağsu | 21 | 12 | 4 | 5 | 49-20 | 40 |
| 6 | Şəmkir | 21 | 12 | 2 | 7 | 32-18 | 38 |
| 7 | Mil-Muğan | 21 | 10 | 4 | 7 | 33-24 | 34 |
| 8 | MOİK | 21 | 8 | 6 | 7 | 38-23 | 30 |
| 9 | Şərurspor | 21 | 7 | 4 | 10 | 36-39 | 25 |
| 10 | Şahdağ | 20 | 5 | 5 | 10 | 25-36 | 20 |
| 11 | Energetik | 21 | 4 | 3 | 14 | 19-72 | 15 |
| 12 | Göyəzən | 21 | 2 | 4 | 15 | 16-75 | 10 |
| 13 | Rəvan | 21 | 6 | 1 | 14 | 24-55 | 10 |
| 14 | Bakılı | 20 | 2 | 1 | 17 | 22-79 | 7 |
|
Oruc Balaşlı ("Zaqatala") - 24 qol |
|||||||

