"Şəmkir"də işlər qətiyyən yaxşı getmir. Badri Kvaratsxeliyanın təyinatı komandanı hədəfindən bir qədər də uzaqlaşdırıb. Gürcü mütəxəssisin gəlişindən sonra əyalət təmsilçisinin uğursuz oyunları bir-birini əvəzləyir. Elvin Səfərli isə bunun acığını Qəhrəman Əliyevdən çıxır.
Klub prezidenti keçmiş baş məşqçinin 2 aylıq əməkhaqqısını ödəmək istəmir. O, hər dəfə bir bəhanə gətirərək, günü günə satır. Səfərli maddi imkanlarının zəiflədiyini bildirərək, Əliyevə "gözlə" deyir (Sportinfo.az).

