"AFFA-nın bizi Premyer Liqaya buraxmayacağını gözləyirdim"

27 May 2019 19:00 I Divizion 1 413
"AFFA-nın bizi Premyer Liqaya buraxmayacağını gözləyirdim"

«Çempion olandan sonra da AFFA-nın bizi Premyer Liqaya buraxacağına gümanım az idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında MOİK-in baş məşqçisi Azər Bağırov deyib.

AFFA-nın Lisenziya Komissiyası 2019-2020-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 8-ci maddəsinə əsasən aparılmış müzakirələrdən sonra "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə” və “Səbail"ə avrokuboklarda iştirak üçün lisenziya verilib.

Yalnız "Sabah" və çempionatın sonuncusu olan "Keşlə" bu hüquqdan məhrum edilib. Əvəzində “Keşlə” və “Sabah”a gələn mövsüm Premyer Liqada iştirak etmək üçün lisenziya verilib.

I Divizion təmsilçilərindən “Kəpəz”, “Ağsu”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan" və “Zaqatala”ya isə Premyer Liqada iştirak üçün lisenziya verilməyib.

Aşağı dəstədə sezonu çempion kimi bitirən ordu klubunun çalışdırıcısı yaranmış vəziyyətlə bağlı düşüncələrini bölüşüb:

«Hardasa 70 faiz fikirləşirdim ki, çempionatdan kənarda qalacağıq. Orda çıxış etməyin şərtləri çoxdu.

Lisenziyalaşdırmaya maliyyə, uşaq futbolu, infrastruktur kimi bir çox məsələlər daxildi. AFFA bir tərəfdən doğru fikirləşir ki, klublar uzunmüddətli olsun və fəaliyyətini yarımçıq başa vurmasın.

Federasiya bununla özünü sığortalayır. Görünür, MOİK-in maliyyə vəziyyəti və digər şərtlər AFFA-nı razı salmayıb, ona görə də qəbul etməyiblər.

Belə bir halın olacağını gözləyirdim.

Bütün bunlara baxmayaraq, sonadək işimi davam etdirmək istərdim və uşaqlara başa salmağa çalışırdım ki, çempionluq onların gələcək karyeraları üçün nə dərəcədə əhəmiyyətlidi.

İş baxımından bizim üzərimizə düşən nədisə, onu azır günə kimi yerinə yetirdik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti