Danışılmış oyunlarda iştirak etdiyi üçün I Diviziondan uzaqlaşdırılan “Rəvan”ın futbolçusu Taqim Novruzov özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan “Zaqatala” ilə anlaşıb. O, mövsümün sonuna qədər komandanın uğurlar üçün çalışacaq.
Millimizin sabiq üzvü olan Novruzov karyerası ərzində “Qarabağ”, “Simurq”, “Turan”, “Sumqayıt” və AZAL kimi komandalarda çıxış edib.

