Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi IV Heydər Əliyev Kubokuna yekun vuruldu.
Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və “Arpaçay” qalib adı uğrunda mübarizə apardılar.
Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.
Gülqoyma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər.

