"Şəxsən mən klublarımizı qınamıram Biz də başqa cürə birinci dəstədə klub saxlamaq mümkün deyil. Ya illik 90-100 min manatından keçəsən, ya da klntora oynamalısan" - Sportinfo.az xəbər verir ki, bu fikirlər "Ağdaş"ın oynayan məşqçisi Rəhman Əliyevə məxsusdu.
PFL-in tələb etdiyi bank zəmanəti üzündən I Divizionda iştirakı baş tutmayan həvəskar komandanın yaradıcısı aşağı dəstə təmsilçilərinin bukmeyker kontorları ilə "işbirliyi" qurmasının labüud olduğunu bildirib: "Kecən il mənə Rusiya və Türkiyədən, is adamlarından təklif gəlmişdi ki, "Ağdas"ı birinci dəstəyə burax, aylıq 7-8 min pul veririk. Ancaq bəzi oyunlar olacaq ki, kontora oynayacağıq.
Mən də təklifi rədd etdim ki, belə şeylərə arxayın olub, bu işə girişmək olmaz. Bu məsələ tək AFFA-nın günahı deyil. Çünki AFFA zorla deyə bilməz ki, gedin oyunlara bilet alın. Reklam gəlirləri, klubun marketinq ticarəti bizlərdən, yəni, azarkeşlərdən aslıdı. Xorvatiyali və serb baş məşqçilərin uğurları olmasa da, güclü komandalarda çalışırlar.
Futbol mafiyasının xorvat və serb məşqçilərə simpatiyası var. Danışılmış oyunlar dünyanın çox ölkəsindədi. Ancaq bizimkilər son vaxtlar ağını çıxarmışdı, hətta bəzi klublar hər bir oyunçusunun adına bukmeyker hesabı açıb. Oyundan əvvəl pul atırlar. Ayın axırı alacaqları 200-250 manat maaş onları maraqlandırmır. Bu məsələnin üstünü UEFA açdı. Ola bilsin ki, AFFA-ya xəbardarlıq gəlib ki, hansısa ölkəden "yüklü" pul qoyulusu olur birinci dəstəyə".

