Region Liqasından birbaşa Premyer Liqaya – Divizion ləğv olunsun!

13 May 2019 14:12 I Divizion 1 427
Region Liqasından birbaşa Premyer Liqaya – Divizion ləğv olunsun!

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İclasda 2019-2020-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilənlər arasında “Keşlə” də var. Komissiyanın ən diqqətçəkən və gözlənilən qərarı bu idi desək, yanılmarıq.

Bir daha aydın olur ki, AFFA-nın I Divizionla bağlı düşüncələri mənfidi. MOİK ilboyu zirvəyə iddia edir, çempion olur və qalır kənarda. Ondan qabaqkılar kimi. Əzab-əziyyət və çempionluq şadyanalığı heçə getdi, heç nə olmadı.

Federasiya artıq Divizionu ləğv etməlidi. Azərbaycan futboluna belə anlamsız və mənasız yarışma lazım deyil. Əslində, bu, çoxdan olmalıydı, hələ də olmayıb.

Birinci dəstəni saxlamağın adı nədi ki? Artıq pul məsrəfədi. AFFA SOCAR-ın maliyyəsi hesabına aşağı lqada komanda bəsləməklə, pulu havaya sovurur, əvəzində heç nə qazanmır.

Ordan Premyer Liqaya nə klub gəlir, nə də futbolçu. Ad olsun deyə, hər il milyonlarla vəsaiti küçəyə tökməyin məntiqini izahını verən varmı? Bu da yoxdu.

Lisenziya Komissiyasının açıqlamasından öyrənirik ki, Divizionun 7 iştirakçısı Premyer Liqa sənəd-sünədi yığıb. Bununla kimi aldadırlar?

Bir halda ki, hamısı bir mənbədən – neft şirkətindən maliyyələşir və başqa sponsoru yoxdu – vaxt itirmək gərəkdirmi? Sadəcə. Baş aldatmaq, gözdən pərdə asmaq üçünmü?

Lisenziya Komissiyası vecsiz orqandı. Əslində, heç bir məsələni həll etmirlər. İxtiyarları çamır.

Komissiyada təmisil olunanlar buyruq quludu. Yuxarıdakılar nə göstəriş verir, onu da yerinə yetirirlər. Odu ki, LK ciddi qəbul etməyin əleyhinəyəm.

Divizion AFFA-ya bağlı bir dəstənin asan gəlir mənbəyidi. Bu insanlar Divizionun başında yalnız dəlləklik eləmir və öyrənmirlər, eyni zamanda, qazanırlar.

Həm də məkruh yollarla, hər cür çirkinliyə baş vurmaqla. Guyamış, Divizionun qumarxana olması sirdimi kiməsə?!

Təklifim var – Divizion həyatın yaddaşına köçsün, bircə Region Liqası qalsın. Yarımhəvəskar statuslu bu yarış daha mütəqil, daha az maliyyə aparan, daha maraqlıdı.

Region Liqası bütün bölgələri və demək olar ki, əksər rayonları özündə birləşdirir. Burdakı bəzi komandalar nisbətən imkanlıdı, onları birbaşa Premyer Liqaya buraxmaq qorxuuzdu.

Yolu Diviziondan keçən istənilən iştirakçı palçığa bulaşmağa məhkmdu. Çünki Divizion qurbağa gölünə dönüb, iylənib, əsl bataqlıqdı, ordan təmiz, ləkələnməmiş çıxmaq qeyri-mümkündü.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti