Mahmud Qurbanov "Neftçi"yə bürünc gətirdi – VİDEO+FOTOLAR

11 May 2019 11:48 I Divizion 895
Mahmud Qurbanov "Neftçi"yə bürünc gətirdi – VİDEO+FOTOLAR

I Divizionda 2018/19 mövsümünün sonuncu oyunu MOİK – “Sabah-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və başqa rəsmi şəxslər iştirak ediblər.

Hələ ötən tur rəsmi olaraq çempionluğu təmin edən MOİK-ə qızıl, “Sumqayıt-2”-yə isə gümüş medallar təqdim edilib.

Sonuncu turda 4:1 hesabı ilə “Qaradağ Lökbatan”a qalib gələn “Neftçi-2” bürünc medallara sahib çıxıb.

Lökbatan Olimpiya İdman Kompleksində baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik.

Şəkillər: Peşəkar Futbol Liqası.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti