AFFA İntizam Komitəsi “Zaqatala”nın I Divizionun XXV turunda “Neftçi” ilə ev oyunu zamanı Zaqatala şəhər stadionunda radio məlumat olmadığına görə cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, kluba 160 manat cərimə kəsilib. “Zaqatala” həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 80 manat ziyana düşüb.
Üstəlik, futbolçusu Sərxan Abdullayev rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
“Sabah-2” – “Qarabağ-2” matçı qonaqların səhlənkarlığı ucbatından 5 dəqiqə gec başladığına görə klub 240 manat cərimələnib.
Oyunun 90-cı dəqiqəsində “Sabah-2”nin baş məşqçisi Vasif Haqverdiyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, kluba 80 manat cərimə kəsilib.
“Turan Tovuz” – “Səbail-2” görüşündə oyun öncəsi iclasda polis iştirak etmədiyinə görə meydan sahibi klub 80 manat cərimə ödəməli olacaq.

