Azərbaycanda yeni Premyer Liqa yolçusu – VİDEO+FOTOLAR

5 May 2019 11:10 I Divizion 770
Azərbaycanda yeni Premyer Liqa yolçusu – VİDEO+FOTOLAR

I Divizionun 2018/2019-cu illər mövsümündə sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Qaradağ Lökbatan”ın qonağı olan MOİK 2-0 hesabı ilə qalib gələrək, ən yaxın izləyicisi olan “Sumqayıt-2” ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirdi.

Şəxsi görüşlərdə “gənclik şəhəri” komandasından üstün olan “hərbçilər” üçün son tur formal xarakter daşıyacaq.

“Sumqayıt-2” “Zirə-2”-ni 4-2 məğlub etsə də, çempionluğa olan nəzəri şansları da itirdi. Lakin, ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortaladı.

3-cülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirildi.

Yerli komanda qalib gələcəyi təqdirdə, “Neftçi-2” ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi.

“Zaqatala” 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıdı.

Bürünc mükafatçının adına son turda keçiriləcək “Keşlə-2” – “Zaqatala” və “Neftçi-2” - “Qaradağ Lökbatan” görüşlərindən sonra aydınlıq gələcək.

ı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti