"Bu məsələni qaydasına salmadan Premyer Liqada oynamaq istəmirik"

4 May 2019 15:48 I Divizion 862
"Bu məsələni qaydasına salmadan Premyer Liqada oynamaq istəmirik"

«Ağsu»nun nəzdində futbol akademiyası yaradılır.

Bu barədə Sportinfo.az-a klubun idman direktoru Rəşad Kərimov məlumat verib.

I Divizion təmsilçisi yeni layihəni gerçəkləşdirmək üçün sponsorundan dəstək alıb. Belə ki, «AzQranata» şirkəti nin vasitəsilə Ağsuda akademiyaya torpaq ayrılması üçün yerli rəsmi dairələrlə danışıqlar aparılır:

«Hazırda münasib yer axtaırırıq. Hər cür şəraiti olan akadmiya yaratmaq planımız var.

Hələlik bir neçə yaş qrupu üzrə komandamız fəaliyyət göstərir. İstəyirik ki, bütün yaş qruplarını əhatə edək. AFFA-nın lisenziyalaşdırma tələblərindən biri də budu.

Uşaq futbolunu qaydasına salmadan Premyer Liqada oynamaq istəmirik. Tam hazır olmadan orda çıxış etməyin adı yoxdu.

Sponsorumuzun Abuda futbolun inkişafı ilə bağlı fikirləri ciddidi. Şirkət istəyir ki, «Ağsu»nun öz yolu, öz ənənəsi olsun.

Akademiyanı yaratsaq, qısa müddətdə böyük işlər görərik. İndi bunu eləmək çətindi. Hər şey uşaqdan, onun istedadından asılı deyil.

Rayonda yaxşı uşaqlar çoxdu. Bir də görürsən, neçə ildi yetişdirdiyin uşağın valdeyni gəlib deyir ki, iş tapmıram, ailəmi götürüb Bakıya getməliyəm.

Neçəsi ailə məsələlərinə görə ya futbolu atır, ya da gedib Bakı klublarında oynayır. Ata-ana Bakıya gedəndən sonra uşağı burda necə saxlayasan?

Akademiyanı yaradaq, bu problemlərin bir çoxu aradan qalxacaq. Valideyn də biləcək ki. uşağının qalmağta yeri var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti