Divizion klublarının cəzası

1 May 2019 20:00 I Divizion 557
Divizion klublarının cəzası

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Ağsu” – “Sabah-2” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.

“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM