AFFA-nın "fatihə"sini verdiyi klub Naxçıvan çempionatında!

18 Mart 2017 10:31 I Divizion 972
AFFA-nın "fatihə"sini verdiyi klub Naxçıvan çempionatında!

AFFA-nın İntizam Komitəsinin I Diviziondan kənarlaşdırdığı "Şərurspor" fəaliyyətini dayandırmayacaq. Bu haqda klubun prezidenti Sərdar Bağırov Sportinfo.az-ı məlumatlandırıb. Onun sözlərinə görə, komanda gələn mövsüm başqa adla da olsa belə, ölkə çempionatında çıxış etməyəcək.

"Şərurspor" Naxçıvan birinciliyində mübarizə aparacaq. Muxtar Respublikanın futbol federasiyasının rəhbərliyinə müraciət edəcəklərini söyləyən S.Bağırov deyib ki, futbola münasibətini AFFA-ya görə dəyişən deyil. O, Şərurda klub saxlamaq üçün hər cür şəraitin olduğunu, belədə yerli gənclərdən ibarət komanda qurmağın problemə çevrilməyəcəyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti