I Divizion klubunun prezidenti həbsxanadan birbaşa stadiona yollandı

17 Mart 2017 13:24 I Divizion 772
I Divizion klubunun prezidenti həbsxanadan birbaşa stadiona yollandı

AFFA İntizam Komitəsinin dünən verdiyi qərarla I Diviziondan uzaqlaşdırılan "Şərurspor"un prezidenti Sərdar Bağırov azadlığa buraxılıb. Sportinfo.az-ın məlumatına görə, iş adamı həbsxanadan birbaşa "Bakı"nın Biləcəridə yerləşən bazasına gəlib və fəaliyyətini dayandırmış komandasının üzvləri ilə görüşüb.

Bağırov vergidən yayınmaqda ittiham olunurdu. Yanvarın ilk günlərində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılmışdı. Bu müddətdə Kürdəxanı istintaq təcridxanasında saxlanılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM