Divizion klublarına xərək daşıyanlara görə cərimə kəsildi

16 Aprel 2019 18:36 I Divizion 572
Divizion klublarına xərək daşıyanlara görə cərimə kəsildi

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında I divizionun XXI və XXII turunda baş verən hadisələr müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, İK yenə bəzi komandaları cəzalandırıb.

MOİK-lə oyun bitdikdən sonra təhqiredici ifadələr işlətən “Qarabağ-2”nin futbolçusu Məmməd Hüseynov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb, klub isə 160 manat cərimələnib.

“Səbail-2” – “Qaradağ Lökbatan” və “Sumqayıt-2” – “Sabah-2” qarşılaşmaları ilə bağlı isə maraqlı cəza tətbiq edilib.

Belə ki, hər iki görüşdə meydan sahiblərinin xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığından, komandalar 80 manatlıq cəriməyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM