Həbsdə yatan klub rəhbəri əfv üçün prezidentə müraciət etdi

13 Mart 2017 18:56 I Divizion 795
Həbsdə yatan klub rəhbəri əfv üçün prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 120 müraciətə baxılıb. İndiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb. Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Sportinfo.az-ın məlumatına görə, yanvarın ilk günlərində həbs olunan "Şərurspor"un prezidenti Sərdar Bağırov əfv üçün müraciət edənlər arasındadı. İş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı təcridxanasındadı.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM