"Şəmkir"in prezidenti elə bir şəklini paylaşdı ki… - FOTO

13 Mart 2017 10:12 I Divizion 973
"Şəmkir"in prezidenti elə bir şəklini paylaşdı ki… - FOTO

Bu şəxsi tanımaya bilərsiz. Futbolda ilk addımlarını atır. Hələ böyük publika önünə çıxmayıb. Görəcəyi günlər qabaqdadı (qismətində varsa). İştahası və iddiası böyükdü, sərhəd-filan tanımır. Bir gözü qızıl medallarda, bir gözü Premyer Liqadadı.

Elə isə tanış edək: gördüyünüz zat "Şəmkir"in prezidenti Elvin Səfərlidi. 6 dil bilən I Divizion klubunun hörmətli rəhbəri şəxsi profilində bu şəkili paylaşıb. Yəqin göstərmək istəyib ki, komplekssiz birisidi. Sözün açığı, bu da onda alınıb. Öz aramızdı, hər oyundan sonra komandasının futbolçularına qonaqlıq verib, stolun üstünə quş südü də gətizdirən prezident üçün nə kompleks-zad… (Sportinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM