"İstəyərik ki, "Zaqatala" ilə Avropa Liqasına vəsiqə qazanaq"

11 Mart 2017 08:36 I Divizion 683
"İstəyərik ki, "Zaqatala" ilə Avropa Liqasına vəsiqə qazanaq"

I Divizionun 19-cu turunda "Zaqatala" İmişlidə “Mil-Muğan”ın qonağı oldu. Sportinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatdı. Matçdan sonra Zaqatala klubunun yarımmüdafiəçisi Hacı Əhmədov jurnalistlərin sualarını cavablandırıb:

- Ciddi hazırlaşmışdıq. Uduzsaydıq, bir neçə pillə geriləyəcəkdik. Oyunun əhəmiyyətini bilirdik. Sona qədər mübarizə apardıq. Meydan da çox ağır idi. Sevinirik ki, qələbə qazandıq.

“Zaqatala”nın Premyer Liqada oynayacağı gözlənilir. Komanda buna nə dərəcədə hazırdı? Özün necə, darıxmısan yüksək liqa üçün?
- Premyer Liqa təcrübəsi olan oyunçularımız var. Komandamız yaxşı heyətə malikdi. Biz də istəyirik ki yüksək dəstədə mübarizə aparaq.

“Qarabağ”ın heyətində Avropa Liqasında oynamış futbolçusan. Birinci Divizonda oynamağı özün üçün eniş hesab etmirsən?
- Eniş hesab etmirəm. İndiki yerim pis deyil. Burada da maraqlı mübarizə gedir. 1-ci yerə 4-5 komanda iddialıdı. Premyer Liqa ilə müqayisə etsək, burada ab-hava pis deyil.

“Zaqatala” yüksək Liqaya vəsiqə qazanmasa, Premyer Liqa klublarına keçəcəksən?
- Onu zaman göstərəcək. Dəqiq bir söz deyə bilmərəm.

Premyer Liqaya vəsiqə qazansaz, orada nəyə ümid edə bilərsiz?
- Hər bir klub kimi, biz də çalışarıq ki, yaxşı çıxış edək, uğur qazanaq. İstəyərik, Avropa Liqasına vəsiqə qazanaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti