"Avroliqanın qrupunda oynamışam, Divizionda vəziyyət yaxşıdı"

10 Mart 2017 19:00 I Divizion 767
"Avroliqanın qrupunda oynamışam, Divizionda vəziyyət yaxşıdı"

I Divizionun 19-cu turunda “Mil-Muğan” İmişlidə "Zaqatala”nı qəbul etdi və 0:1 hesabı ilə uduzdu. Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının layihəsi olan “I divizionda ayın ən yaxşı qolu” nominasiyasında qalib adını qazanmış "Mil Muğan"ın futbolçusu Kamil Nurəhmədov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hamınızı İmişlidə görməyə şadam. Bu, təkcə mənim yox, "Mil Muğan"ın uğurudu. Komandaya məni Aqil müəllim dəvət edib və əlimdən gələni əsirgəmirəm.

Birvaxtlar Milan “İnter”inə qarşı matçda Koutinyo, Kambiasso, Handanoviç və Obi kimi futbolçulara qarşı oynamışdın. Premyer Liqada da çıxış etmisən. İndisə Birinci Diviziondasan - hisslər arasında hansı fərq var?
- Əlbəttə, birinci Divizionla Premyer Liqanı müqayisə etmək olmaz. Ustalıq səviyyəsi eyni deyil. İnfrastruktur da fərqlidi. Amma əvvəlki illərə baxanda indi divizionda vəziyyət yaxşıdı.

Ötən mövüm "Bakı"da, bu il "Şahdağ"da qardaşınla bir yerdə oynayırdın. İndı ondan ayrı qalmaq psixoloji cəhətdən pis təsir etmir?
- Tez-tez komanda dəyişmək yaxşı hal deyil. Amma öyrəşməliyik. Futbol belədi. Mən əvvəl Avropa Liqasının qrup mərhələsində oynamışam. Amma keçmişlə yaşamaq düzgün deyil, gələcəyə baxmaq lazımdı.

Seçimi sən etsəydin, kimin qoluna ən yaxşı deyərdin?
- Qolu vuranda düşünürdüm ki, bu nominasiyada yer alacaq futbolçular sırasına düşəcəm. Amma qalib olacağımı bilmirdim. Bütün qollar yaxşı idi. Komanda yoldaşım Raul Yaqubzadənin, eləcə də "Şəmkir"dən Vüsal Qarayevin qolları çox gözəl idi.

İmişlidə yaşamaq çətin deyil?
- Yaşamaq cəhətdən çətindi, darıxdırıcıdı. Amma futbol baxımlından hər şey yaxşıdı. Burda futbol üçün hər şey var. Klubun bazası yaxşıdı, əsas odu yemək verirlər. Süni, təbii örtüklü meydanlarda məşq edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti