I Divizionun 19-cu turunda “Mil-Muğan” dogma meydanda “Zaqatala”nı qəbul edib. Sportinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiyla başa çatıb. Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov jurnalistlərin sualarını cavablandırıb:
- Məğlub olsaq da, hər iki komadaya təşəkkür edirəm. Belə meydanda maraqlı oyun sərgilədilər. Sürətli, kombinasiyalı oyun izlədik.
Qış fasiləsindən sonra qalibiyyətlər əldə edib üst sıralara qalxmışdız. Sonra nəsə dəyişdi. Nə baş verdi komandada?
- Birinci Divizionda mübarizı aparamaq çətindi. Futbolçuların səviyyəsi yüksək deyil. Uşaq səhvlərindən qollar buraxıb məğlub oluruq.
“Mil-Muğan”ın qarşısına hansı məqsəd qoyulub?
- Açığı, heç bir məqsəd qoymayıblar. Sadəcə, biz komanda olaraq istəyirik ki, ortabab olmayaq, üst sıralar uğrunda mübarizə aparaq.
Son saniyələrdə iki ardıcıl penalti epizodu oldu. Fikriniz maraqı olardı.
- Açığı, bu barədə danışmağı sevmirəm. İndi orda penalti olması barədə dəqiq bir söz deyə bilmərəm. Gərək, epizodun təkrarına baxım.
Təkrarda penaltinin olduğunu görsəz, Ramin Musayevə şikayə edəcəksiz?
- Maraqlı suladı. Elə oyunlar olub ki, mətbuat konfransında etirazımı bildirmişəm. Amma bu, heç nəyi dəyişməyəcək. Necə ki, biz futbolçulara eyni səhvlərin təkrar olunmamasını tapşırırııq, hakimlər də bu səhvləri etməsinlər.
Maaşların verilməməsinin oyuna təsiri var?
- Az da olsa, futbolçunun fikri bu məsələdə qalır. Amma pulu fikirləşən futbolçular elə Birinci Divizionda da qalacaq.
“Şəmkir”lə oynayacaqsız. Revanş barədə düşünürsüz?
- Biz komandaya adına görə qiymət vermirik. “Şəmkir” asan rəqib deyil. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparırlar. Orada da stadion rahat futbol oynamağa imkan vermir. Adi oyun kimi yanaşacağıq.
Mövsümün əvvəlində deyilirdi ki, “Mil Muğan” növbəti mövsüm Premyer Liqada olacaq. Yayda belə bir sürpriz gözləmək olar?
- “Mil-Muğan” infrastruktur baxımından Premyer Liqada oynamağa hazırdı. Mən də elə bir sürpriz olmasını istəyərəm.

