Bu gün I Divizionda XIX tura yekun vurulub. "Şəmkir" paytaxt səfərindən 3 xalla dönüb. Zəif "Bakılı"nın qonağı olan qərblilər fasilədən sonra 3 cavabsız qolla Elvin Səfərlinin ürəyinə sərin su səpib. "Zaqatala" ardıcıl 2-ci qələbəsini İmişlidə qazanıbsa, "Mil-Muğan" yenə meydanı başıaşağı tərk edib. Oruc Balaşlının 77-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.
Sportinfo.az-ın məlumatına görə, MOİK növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır. Müşviq Qənbərovun "torba"sını tikərək yerinə keçən Ramil Əliyevdən həm rəhbərlik, həm də futbolçular möhkəm narazıdı. Komandanın medallar uğrunda mübarizədən çox uzaq düşməsi nazirlik təmsilçilərini hiddətləndiribsə, "Rıba" ləqəbli Əliyevin tez-tez məşq buraxması, onlara barmaqarası yanaşması oyunçuları zinhara gətirib.
“Bakılı” - “Şəmkir” 0:3
Elvin Mirzəyev, 47; Anar Babazadə, 83; Fərmayıl Əliyev, 90+2
MOİK - “Rəvan” 1:1
Aydın Qasımov, 6 // Məhəmməd Əliyev, 47
“Mil-Muğan” - “Zaqatala” 0:1
Oruc Balaşlı, 77
| N | Klublar | O | Q | H | M | T-F | X | |
| 1 | Turan Tovuz | 19 | 14 | 4 | 1 | 50-7 | 46 | |
| 2 | Səbail | 19 | 13 | 2 | 4 | 59-20 | 41 | |
| 3 | Zaqatala | 19 | 12 | 2 | 5 | 56-23 | 38 | |
| 4 | Qaradağ Lökbatan | 19 | 12 | 1 | 6 | 44-22 | 37 | |
| 5 | Şəmkir | 19 | 12 | 1 | 6 | 32-16 | 37 | |
| 6 | Ağsu | 19 | 11 | 3 | 5 | 45-17 | 36 | |
| 7 | MOİK | 19 | 8 | 5 | 6 | 38-21 | 29 | |
| 8 | Mil-Muğan | 19 | 8 | 4 | 7 | 27-23 | 28 | |
| 9 | Şərurspor | 19 | 7 | 4 | 8 | 36-33 | 25 | |
| 10 | Şahdağ | 18 | 4 | 5 | 9 | 21-35 | 17 | |
| 11 | Rəvan | 19 | 6 | 1 | 12 | 24-49 | 10 | |
| 12 | Energetik | 19 | 2 | 3 | 14 | 15-72 | 9 | |
| 13 | Göyəzən | 19 | 1 | 4 | 14 | 13-71 | 7 | |
| 14 | Bakılı | 18 | 2 | 1 | 15 | 21-72 | 7 | |
|
Oruc Balaşlı ("Zaqatala") - 23 qol |
||||||||

