Kamilin mükafatı - FOTOLAR

10 Mart 2017 15:36 I Divizion 639
Kamilin mükafatı - FOTOLAR

I Divizionda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb. Qusarlı hücumçu səslərin 60 faizini toplayıb.

Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa, (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən, qaydalara əsasən, yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. Qalib xüsusi mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Deparatamentinin rəisi Zamiq Hüseynovdan alıb.

PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə, yekun nəticədə ümumi səslərin 60 faizini toplayaraq, qalib gəlib. Sportinfo.az xəbər verir ki, o, saat 15:00-da start götürən “Mil-Muğan” - “Zaqatala” oyunundan öncə mükafatına qovuşub. PFL rəsmiləri İmişli klubunun üzünə həmçinin 500 manat hədiyyə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti