Birinci Divizionda XIX tura bu gün start verilib. Günün son oyunu bu dəqiqələrdə "Bayıl Arena"da keçirilir.
Hazırda davam edən "Səbail" - "Turan Tovuz" (0:0) oyunu öncəsi maraqlı məlumat əldə etmişik. Sportinfo.az saytına daxil olan xəbərə əsasən, Premyer Liqaya çıxmağı hədəfləyən Bakı klubu futbolçuları oyun öncəsi sevindirib.
Rəhbərlik qələbə qazanacaqları təqdirdə hər futbolçuya 500 manat mükafat verəcəklərini bildirib.

