"Səbail" 2 futbolçusunun xidmətindən niyə mərhum oldu?

8 Mart 2017 09:00 I Divizion 543
"Səbail" 2 futbolçusunun xidmətindən niyə mərhum oldu?

"Səbail" "Turan Tovuz"la oyunöncəsi itkilərlə ilə üzləşib. Sportinfo.az xəbər verir ki, komandanın iki aparıcı futbolçusu - Qvanzav Maqomedov və Eltun Yaqublu sözügedən oyunda meydana çıxa bilməyəcək. Buna səbəb zədəli almalarıdı.

Eltun Yaqublu "Göyəzən"lə oyun öncəsi məşqlərin birində aldığı zədədən sonra bərpa prosesi keçir. O, yalnız 1 həftə sonra komanda ilə məşqlərə start verə biləcək. Qvanzav Maqomedov isə "Mil-Muğan"la oyunun son dəqiqələrində pəncə sümüyündən aldığı zədə səbəbilə ayyarım yaşıl meydanlardan uzaq qalacaq.

Klubdan verilən məlumata görə iki aparıcı oyunçunun yoxluğuna baxmayaraq, "Səbail" tam sürətlə məşqlərini davam etdirir. Komanda fiziki və psixoloji cəhətdən "Turan Tovuz"la oyuna tam şəkildə hazırdı və başlama saatını səbirsizliklə gözləyir!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti