PFL I Divizionun ən yaxşı futbolçusunu müəyyənləşdirdi

7 Mart 2017 14:24 I Divizion 533
PFL I Divizionun ən yaxşı futbolçusunu müəyyənləşdirdi

I divizionda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində Kamil Nurəhmədov (“Mil-Muğan”) rəqiblərini qabaqlayıb. Nurəhmədov səslərin 60 faizini toplayıb.

Azarkeşlərin səsverməsində Raul Yaqubzadə hər kəsi qabaqlayıbsa, (40%), jurnalistlərin seçimində Kamil Nurəhmədov (40%) birinci olub. Azarkeşlərlə jurnalistlərin fikri üst-üstə düşmədiyindən, qaydalara əsasən, yekun nəticəni Peşəkar Futbol Liqası müəyyənləşdirib. PFL öz səsini Kamil Nurəhmədova (20%) verdiyinə görə, futbolçu yekun nəticədə ümumi səslərin 60 faizini toplayaraq, qalib gəlib.

Hücumçu mükafatına martın 10-da keçiriləcək “Mil-Muğan” - “Zaqatala” oyunundan öncə qovuşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti