Şeydayev: “Bizi ancaq ən yaxşı nəticə - qələbə qane edərdi"

6 Mart 2017 09:24 I Divizion 526
Şeydayev: “Bizi ancaq ən yaxşı nəticə - qələbə qane edərdi"

“Yaxşı oyun oldu, amma nəticədən razı qalmadıq” - Sportinfo.az-ın məlumatına görə, bu sözləri Ramil Şeydayev deyib. Millimizin hücumçusu Ramil Şeydayev "Jilina"nın heyətində Slovakiya çempionatında ilk qolunu vurub.

O, superliqanın 20-ci turunda “Podbrezova” ilə keçirilən səfər oyununda start heyətdə yer alıb və 90 dəqiqə meydanda olub. 4 qolun vurulduğu və heç-heçə başa çatan matçda Şeydayev komandasının ilk qoluna imza atıb. .


Görüş başa çatdıqdan sonra klubun rəsmi saytına açıqlama verən Şeydayev fikirlərini bölüşüb: “Bizi ancaq ən yaxşı nəticə - qələbə qane edərdi. Ancaq artıq bu matçı unutmalıyıq. Qarşıdakı oyunlara köklənməliyik”.

Ramil ötən tur "Zlata Moravtse"ni 4:1 hesabı ilə yendikləri qarşılaşmada debüt etmiş, ikinci hissədə meydana daxil olmuşdu. Hazırda "Jilina" 20 turdan 48 xalla 1-ci, "Podbrezova" isə 37 xalla 3-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti