Bu gün I Divizionda 18-ci turun daha 4 oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, MOİK Qusarda "Şahdağ"ın müqavimətini qıra bilməyib. "Şərurspor" ardıcıl 3-cü məğlubiyyətini "Qaradağ Lökbatan"dan alıb. QL ilk dövrənin gedişində yollarını ayırdığı Əfqan Talıbovun yeni komandasını 4 dəfə mərkəzə dəvət edib. Talıbov bundan utansa yaxşıdı. Çünki o, keçmiş köməkçisi Azər Bağırovun əlini sıxıb.
"Səbail" qovur, "Turan" qaçır. Tovuz təmsilçisi qərb derbisində "Şəmkir"in önünə keçdi. 9 dəqiqəyə 2 qol vuran Əsgər Abdullayevin komandası zirvədən asanlıqla aşağı enməyəcəklərini göstərdi. "Zaqatala"nın da bir gözü də yuxarılardadı. Futbol ictimaiyyətinin böyük səbirsizliklə Premyer Liqada görmək istədiyi şimal klubu 3 turluq aradan sonra qələbənin havasını ciyərlərinə çəkib. "Zaqatala" öz meydanında "Bakılı"ya 5:1 qalib gəlib ki, qolların birini də prezident Musa Qurbanovun qardaşıoğlu Osman vurub.
“Şahdağ” - MOİK 0:0
“Turan Tovuz” - “Şəmkir” 2:0
Qollar: Rəhman Musayev, 51. Aqşin Muxtaroğlu, 59.
“Şərurspor” - “Qaradağ Lökbatan” 2:4
Qollar: Fuad Məmmədzadə, 74. Rəsul Babazadə, 75 - Sabir Allahquliyev, 44. Tural Rzayev, 55; 64. Rüfət Məmmədov, 90+3.
“Zaqatala” - “Bakılı” 5:1
Qollar: Kənan Müslümov, 5. Oruc Balaşlı, 45; 71-pen. Ruslan Cəfərov, 63. Osman Qurbanov, 86-pen - Elnur Abdulov, 42.
| 1 | Turan Tovuz | 18 | 15 | 3 | 1 | 50-7 | 45 |
| 2 | Səbail | 18 | 13 | 1 | 4 | 59-20 | 40 |
| 3 | Zaqatala | 18 | 11 | 2 | 5 | 55-23 | 35 |
| 4 | Qaradağ Lökbatan | 18 | 11 | 1 | 6 | 42-21 | 34 |
| 5 | Şəmkir | 18 | 11 | 1 | 6 | 29-16 | 34 |
| 6 | Ağsu | 18 | 10 | 3 | 5 | 43-17 | 33 |
| 7 | Mil-Muğan | 17 | 8 | 4 | 5 | 26-20 | 28 |
| 8 | MOİK | 18 | 8 | 4 | 6 | 37-20 | 28 |
| 9 | Şərurspor | 18 | 7 | 3 | 8 | 33-30 | 24 |
| 10 | Şahdağ | 17 | 4 | 5 | 8 | 20-33 | 17 |
| 11 | Energetik | 18 | 2 | 3 | 13 | 15-70 | 9 |
| 12 | Bakılı | 17 | 2 | 1 | 14 | 21-69 | 7 |
| 13 | Rəvan | 17 | 5 | 0 | 12 | 21-47 | 6 |
| 14 | Göyəzən | 18 | 1 | 3 | 14 | 10-68 | 6 |
Bombardirlər: Oruc Balaşlı ("Zaqatala") - 22 qol, Rəhman Musayev ("Turan Tovuz") - 18 qol, Bayram Budaqov ("Səbail") - 16 qol.

