Maliyyə problemi "Şəmkir"in boğazına çökdü

4 Mart 2017 17:14 I Divizion 1 616
Maliyyə problemi "Şəmkir"in boğazına çökdü

"Şəmkir" Badri Kvaratsxeliya ilə çıxdığı 2-ci oyunda məğlubiyyətlə üzləşdi. Bu gün Tovuzda "Turan"ın qonağı olan "qırmızı-ağlar" yeni baş məşqçinin üzünü qızartdı. Badri keçmiş komandasına 0:2 hesabıyla uduzdu.

İndii təsəvvür edirik ki, "Şəmkir"in prezidenti Elvin Səfərli nə vəziyyətdədi. Ard-arda 5-6 sakitləşdirici həb atmasa, sakitləşməz. Yəqin ki, əsəbindən bir yerdə qərar tutmur. Bəlkə də bu dəqiqələrdə paltardəyişmə otağına daxil olaraq, futbolçuları yenə bir-birinə qatıb.

O, belədi. Uduzmağı qəbul və həzm etmir. Baş məşqçi postuna Joze Mourinyonu gətirsə belə, dəyişən deyil. Hörmətli Elvin bəy sponsoruna çempionluq sözü verib və hər keçən turun əleyhinə işləməsindən çox narahatdı. Axı bu gedişlə günlərin birində ona "Həvəsdi, bəsdi! Get artıq" deyə bilərlər. Və güman ki, enində-sonunda belə də olacaq.

Premyer Liqa yanğısını söndürə bilməyən "Şəmkir"də maliyyə problemi mövcuddu. Komanda sonuncu dəfə ötən ilin dekabrında maaş alıb. Məşqçi və futbolçulara 2 aydı əməkhaqqı ödənilmir. Heç qış fasiləsində yola saldıqları oyunçularla da halallaşmayıblar. Səfərli martın 9-da bütün borcları bağlayacağını vəd edib. Hər gün olduğu kimi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti