"Menecerinə zəng etdim ki, mən gələndə onu komandada görməyim"

4 Mart 2017 11:23 I Divizion 677
"Menecerinə zəng etdim ki, mən gələndə onu komandada görməyim"

“Həddən artıq əsəbiyəm. Mənim komandam elə futbol oynamalı deyildi" - Sportinfo.az xəbər verir ki, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib. I Divizionun ötən turunda lider “Turan Tovuz” doğma meydanda “Rəvan”ın qapısından 5 cavabsız top keçirib. "Sığortaçılar"ın çalışdırıcısı qərb səfərinə yollanmayıb:

"Oyundan iki gün əvvəl Türkiyəyə gəlmişəm. Burda oğlum oxuyur. Onun səhhətində müəyyən problemlər var. Hazırda vəziyyəti yaxşıdı. Bu problem bir yana, “Rəvan”ın belə oynaması biabırçılıqdı. Qapıda Omid Mosumi dayanmışdı. O cür qapıda dayamaq olmaz. Utandırıcıdı.

Menecerinə zəng etdim ki, mən gələndə onu komandada görməyim. Hələ Tovuza getməyən futbolçularımız olub. Hamısını araşdırıb, cəzalandıracam. Başa düşürəm, 8 saat yol gediblər, yorğun olublar. Amma bu cür oynamaq, sadəcə, fiaskodu. “Turan Tovuz” yaxşı komandadı. Lakin belə uduzmağı “Rəvan”a yaraşdırmadım.

Oyunun videoyazısına baxmışam. Heç məhəllə uşaqları elə qollar buraxmaz. Komandanın dirçəlmək üzrə olduğu bir məqamda bu cür darmadağın gözləmirdim. Hər şeyi tapşırıb gəlmişdim. Bakıya qayıdım, toplantı olacaq. Hər şeyə aydınlıq gətirəcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti