PFL növbəti dəfə ən yaxşını seçib mükafatlandıracaq - VİDEO

2 Mart 2017 16:54 I Divizion 632
PFL növbəti dəfə ən yaxşını seçib mükafatlandıracaq - VİDEO

Peşəkar Futbol Liqası 4-cü dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcək. Sportinfo.az xəbər verir ki, qurum I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və PFL-in səsvermə yolu ilə seçəcək.

Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar.

Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti