Qusar Rayon İcra Hakimiyyəti və "Şahdağ" Futbol Klubunun birgə təşəbbüsü ilə xeyriyyə aksiyası keçiriləcək. Sportinfo.az xəbər verir ki, qusarlılar rayon İcra Hakimiyyəti ilə birgə sərbəst hərəkətini itirmiş əlil, 1995-ci il təvəllüdlü Mürsəlov Şamil Elman oğluna yardım məqsədi ilə xeyriyyə aksiya keçirəcək.
Belə ki, hal-hazırda Türkiyədə stasionar müalicədə olan Şamilin yaxın günlərdə olunacağı əməliyyat üçün 3500 manat vəsait lazımdır. Xeyriyə aksiyası birinci divizonun 18-ci turu çərçivəsində baş tutacaq "Şahdağ" - "MOİK" oyununda keçiriləcək. Oyunun start fiti martın 4-ü saat 15:00-da "Şövkət Orduxanov" adına Qusar şəhər stadionunda səsləndiriləcək.

