"Sabah bütün suallara cavab tapacam. Əlbəttə, bu gedişat qətiyyən mənim ürəyimcə deyil. Hər şeyə aydınlıq gətirəcəm" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqaiala"nın prezidenti Musa Qurbanov deyib. Onun bildirdiyinə görə, son 3 turda 1 xal toplayan komandada bəzi islahatlar aparmağın vaxtı çatıb.
I Divizionda birinci-ikinci yer üçün mübarizə apapan şimal təmsilçisi ikinci dövrəyə yaxşı başlamayıb. Gələn mövsüm Premyer Liqada çıxış etməyə hazırlaşan kollektiv Tovuz, Şəmkir və Qusar səfərlərindən 2 məğlubiyyət, 1 heç-heçə ilə dönüb. Bu isə əlbəttə, komandaya istənilən şəraiti yaradan rəhbərlikdə haqlı narazılıq doğurub.
Şaban Şirdanovun istefaya göndəriləcəyi gözlənilirdi. Qurbanov baş məşqçi ilə yola davam etmək qərarı aldıqlarını söylədi, ancaq… Sitat: "Sabahkı iclasda həm ondan, həm də futbolçulardan hesabat istəyəcəm. Bunun səbəbini yalnız futbolçularda görmürəm. İki aparıcı futbolçumuzun zədələnməsi komandaya böyük təsir edib, amma bu da bir nömrəli səbəb ola bilməz.
Bəzi uşaqlarda məsuliyyət hissi azalıb. Onları komandadan kənarlaşdırmaq olar. Çempionat aprelin sonunda başa çatacaq, 2 ay futbolsuz qalsalar, bunun ziyanı həm özlərinə, həm də komandaya dəyəcək. Onsuz da, heyətimiz çox geniş deyil. "Şahdağ"la 1:1 edəndən sonra fikirləşdim ki, hamını cərimələyim.
maaşını yarıbayarı kəsim. Kimisinin maaşı 200-300, kimisinin 500-600 manatdı. Bir-iki nəfər var ki, onlardan 100-150 manat artıq alır. Hazırkı iqtisadi vəziyyəti məndən də yaxşı bilirsiz, açığı, ürəyim gəlmir bu qərarı verməyə. Böyük pul almırlar, bu yandan da mən komandanın maaşını yarıbayarı azaldım… Çox pis gəlir. Bunu özlərinə də deyəcəm. Gərək o uşaqlar da başa düşsünlər ki, "Zaqatala"nın iddiası yer tutmaqdı.
Demişdim ki, bu 3 oyundan 7 xal toplamalısız. İndi görüm, mənə cavabları nə olacaq. Səbirsizliklə verəcəkləri hesabatı gözləyirəm. Şaban müəllimlə bir problem yoxdu. Yəqin ki, mövsümün axırınadək vəzifəsində qalacaq. O. mənim ilk məşqçim və müəlliimim olub. Xətrini çox istəyirəm. Onunla heç bir problemimiz yoxdu. Özü də deyir ki, əgər bu vəziyyətin yaranmasına səbəbkar mənəmsə, getməyə hazıram. Şaban müəllimin gözü bu postda qalmayıb.
Ötən mövsümdən komandadı, 1-2 dəfə olub ki, istefa vermək istəyib, qəbul etməmişik. Sabah onu çıxarsam, bunun komandaya xeyrinin dəyəcəyinə inanmıram. Çünki oynayan futbolçulardı, onlar başa düşməlidi ki, əgər "Zaqatala"da qalmaq istəyirlərsə, hər oyunda özlərini göstərməlidilər. Keçən iclasda demişdim ki, kim Premyer Liqada oynamaq istəyrsə, indidən çalışmalı və buna layiq olduğunu təsdiqləməlidi.
Belə getsə, əlbəttə, heç kim gələn mövsümə qalmayacaq. "Zaqatala"nın bütün oyunlarını izləyirəm. Yaxınlaradək tez-tez məşqlərdə olur, hazırlıq prosesini canlı izləyirdim. Azarkeşlərimiz nəticə istəyir, mənə deyirlər ki, siz burda olmayanda bəzi futbolçular komandaya can yandırmır, ürəklə məşq eləmir. Bundan sonra çalışacam ki, həo ryundan 3-4 gün qabaq Zaqatalaya gedim, kollektivin içində olum".

