“Şəmkir“in yeni baş məşqçi söylədi: “Poblemlər var“ - VİDEO

28 Fevral 2017 10:00 I Divizion 862
“Şəmkir“in yeni baş məşqçi söylədi: “Poblemlər var“ - VİDEO

“Vacib olan nəticə qazanmaq idi. İstədiyimiz nəticəni qazandıq. Hesab da bunu göstərir. Heyətimiz yaxşı futbolçulardan təşkil olunub. Onlarda özlərinə inam güclüdü. Meydandakı mübarizəsi məni tam razı saldı“ - Sportinfo.az xəbər verir ki, bu sözləri “Şəmkir”in yeni baş məşqçisi Badri Kvaratsxeliya “Şərurspor”a qalib gəldikləri oyundan (0:4) sonra deyib.

Gürcü mütəxəssis komandada bəzi problemlərin olduğunu qeyd edib: “Poblemlər var. İnanıram ki, qısa zamanda bu problemləri aradan qaldıracağıq. “Şəmkir”lə futbolçu kimi yaşadığım çempionluğu, məşqçi kimi də yaşamaq istəyirəm. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Badri növbəti tur qarşlıaşacaqları “Turan-Tovuz”la matçdan da danışıb: “Bizi çətin səfər matçı gözləyir. Çalişacağiq ki, bu matçdan da xalla ayrılaq. Komandama güvənirəm. Onlar istənilən rəqiblə mübarizə aparacaq gücdədilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti