I Divizionda 14-cü turdan təxirə salınmış oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, lider "Turan Tovuz" evdə "Rəvan"ı darmadağın edib - 5:0. Tovuz klubunun ən yaxın izləyicilərindən "Şəmkir" və "Səbail" də turu qələbəylə başa vurub. "Şəmkir" səfərdə "Şərurspor"u 4:0, "Səbail" isə evdə "Mil-Muğan"ı 1:0 hesabıyla məğlub edib. Tur həddən artıq məhsuldar keçib. Belə ki, keçirilmiş 7 oyunda 26 qol qeydə alınıb.
“Göyəzən” - “Qaradağ Lökbatan” 0:3
Rüfət Məmmədov, 15, 17; Əliağa Xudiyev, 78
“Şahdağ” - “Zaqatala” 1:1
Osman Osmanov, 56 - Kənan Müslümov, 33
“Turan Tovuz” - “Rəvan” 5:0
İlkin Sadıqov, 2; Rəhman Musayev, 44 (p.), 60, 69; Aqşin Muxtaroğlu, 66
“Ağsu” - “Bakılı” 7:0
Elnur Səmədov, 28, 61, 80; Ramil Həşimzadə, 53; Fariz Nəcəfov, 66; İsa Cəbiyev, 73; Elnur Mustafazadə, 88
“Energetik” – MOİK 0:4
Aydın Qasımov, 36; Orxan Həsənov, 38; Mirkamil Əliyev, 52, 69
“Şərurspor” - “Şəmkir” 0:4
Bəhruz Teymurov, 47, 55; Vüsal Qarayev, 90+1, 90+4
“Səbail” - “Mil-Muğan” 1:0
Orxan Səfiyaroğlu, 35

