"Oyuna gələndə yemək əvəzinə, keks yeyib meydana çıxmışıq, 500 manatı evə verəcəm"

27 Fevral 2017 17:24 I Divizion 1 411
"Oyuna gələndə yemək əvəzinə, keks yeyib meydana çıxmışıq, 500 manatı evə verəcəm"

Bu gün I Divizionda XIV turdan təxirə salınmış oyunlar keçirilir. Sportinfo.az xəbər verir ki, “Ağsu” – “Bakılı” (7:0) matçından sonra divizionda noyabrın ən yaxşı qolunun müəlifi olan qonaqların futbolçusu Nurlan Məmmədzadə jurnalistlərin suallaırnı cavablandırıb:

- Hər kəsə təşəkkür edirəm, bura kimi gəlmisiniz. Şərait olmasa da diviziona olan maraq insanda həvəs yaradır.

Sən vurduğundan başqa digər hansı qolu ən yaxşı seçərdin?
- Ruslan Tağızadənin qolunu ən yaxşını seçərdim.

Qazandığın pulu nə edəcəksən?
- Evə verəcəm.

Komandanız bu gün böyükhesabla məğlub oldu...
- Komandanın vəziyyəti pisdi. Heç oyuna gələndə yemək yeməmişik. Keks yeyib, meydana çıxmışıq.

Futbola yaxşı başlayanda prespektivli oyunçu sayılrıdın. Amma bu gün “Bakılı”dasan.
- 16 yaşımda birinci diviziona gəlməyim ən böyük səhvim oldu. Divizion bataqlıqdı, çıxmaq çətin olur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti