I Divizionda XIV turdan təxirə salınmış oyunlar üçün bütün təyinatlar açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, Premyer Liqa oyunlarını idarə edən Ramil Diniyevlə FİFA referisi Rəhim Həsənov bu dəfə də aşağı dəstədə iş başında olacaq. Premyer Liqada hakim çatışmazlığı üzündən Əliyar Ağayevə iki gündə iki təyinat verən Hakimlər Komitəsi digər FİFA statuslu referini 2017-ci ildə 2-ci dəfə diviziona yollayıb.
27 fevral (bazar ertəsi)
“Şərurspor” – “Şəmkir”
Hakimlər: Rövşən Rəcəbov, Azər Əsgərov, Elşad Abdullayev, Anar Göyçayski
Hakim-inspektor: Azad Mütəllimov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:30
“Ağsu” – “Bakılı”
Hakimlər: Emin Nağıbəyov, Elgün Adıgözəlli, Rahil Ramazanov, Vüsal Əliyev
Hakim-inspektor:Munis Abdullayev
Ağsu şəhər stadionu, 15:00
“Energetik” – MOİK
Hakimlər: Elgün Hüseynov, Habil Əliyev, Müslüm Əliyev, Natiq Əlixanov
Hakim-inspektor: Qabil Nərimanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00
“Turan Tovuz” – “Rəvan”
Hakimlər: Ramiz Məhərrəmov, Cavanşir Yusifov, Ruslan Babayev, Rəşad Əhmədov
Hakim-inspektor: Rəhman Tağıyev
Tovuz şəhər stadionu, 15:00
“Şahdağ” – “Zaqatala”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Anar Fərəcov
Hakim-inspektor: Vahid Hüseynov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 15:00
“Səbail” – “Mil-Muğan”
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cəmil Quliyev, Qorxmaz Eldarov
Hakim-inspektor: İlham Əliyev
“Bayıl Arena”, 19:00
“Göyəzən” – “Qaradağ Lökbatan”
Hakimlər: Ziya Nəsirov, Nicat İsmayıllı, Elsevər Alıyev, Kərim Kərimov
Hakim-inspektor: Rufulla Kərimov
Qazax şəhər stadionu, 15:00

