Rusiya klubu adı millimizlə hallanan futbolçudan imtina etdi

23 Fevral 2017 16:36 I Divizion 756
Rusiya klubu adı millimizlə hallanan futbolçudan imtina etdi

Adı Azərbaycan millisi ilə hallanan Serder Serderovun "Orenburq"a keçidi reallaşmayıb. Sportinfo.az-ın məlumatına görə, müqavilə ilə Sofiya "Slaviya"sına məxsus olan hücumçunun transferi son anda baş tutmayıb.

Bolqarıstan mətbuatının yazdığına görə, tərəflər müqavilənin maddi şərltərini razılaşdırsalar da, sonradan Rusiya Premyer Liqa təmsilçisi büdcəni 1 milyon dollar azaldıb. Bundan sonra vətənini tərk edən futbolçu "Slaviya"ya qayıdaraq məşqlərini davam etdirib.

Moskva MOİK-inin yetirməsi olan Serderov Sofiya təmsilçisində ötən ilin fevralından çıxış edir. O, vətənində "Anji", "Ural" və "Krıyla Sovetov"da da çıxış edib. Serder Rusiya mətbuatına geniş münasibəsində milli komandamızla bağlı oynamaq bağlı AFFA-dan təklif aldığını açıqlamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti