Bu gün I Divizionda 17-ci tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, Qəhrəman Əliyevlə vidalaşan "Şəmkir" evdə "Zaqatala"nı məğlubiyyətə uğradıb. Baş məşqçi əvəzi Mehman Yunusovla çıxdığı ilk matçda qələbə qazanan qərblilər şimallı rəqiblərini ardıcıl 2-ci tur uduzmağa məcbur edib. "Mil-Muğan"ın ikinci dövrədə uğur yürüşü "Şahdağ"la matçda da uzanıb. MOİK "Şərurspor"la görüşdə Orxan Həsənovun yeganə qoluna sevinibsə, "Rəvan" paytaxt derbisində "Bakılı"ya "od vurub" və turnir cədvəlində son pillədən qurtulub.
MOİK - “Şərurspor” 1:0
Orxan Həsənov, 60.
“Bakılı” - “Rəvan” 1:5
Hayder Faleh, 36 - Elhad Nəziri, 44. Taqim Novruzov, 72; 90. Əlisa İsayev, 76. Orxan Məmmədov, 86.
“Şəmkir” - “Zaqatala” 2:1
Qollar: Qeyrət Qənbərov, 46-pen. Ramil Əliyev, 55 - Emin Mehdiyev, 80.
“Mil-Muğan” - “Şahdağ” 3:0
Kamil Nurəhmədov, 4; 36. Raul Yaqubzadə, 40.

